Çinlilər Milli Məclisdə

Bu gün Bakıda səfərdə olan Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici işlər komitəsi üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, Xarici işlər komitəsinin sədri Li Caosinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti qəbul edib.

Görüşdə S.Fətəliyeva iki ölkə arasında bir sıra sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan münasibətlərin hərtərəfli inkişafında aqrar, İKT və turizm sahələrinin inkişafında maraqlıdır. Dağlıq Qarabağ problemindən danışan S.Fətəliyeva qeyd eidb ki, Azərbaycan ölkənin ərazi bütövlüyünü tanıdığı üçün Çinə minnətdardır və qarşılıqlı olaraq Çinin ərazi bütövlüyünü tanıyır.

Görüşdə Li Caosin də Çinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu deyib. O bildirib ki, bunun nəticəsində son illərdə iqtisadi əlaqələrin həcmi 700 dəfə artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə