Bu gün Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər. SİA-nın məlumatına görə, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əməkdaşları ilk olaraq Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarətdən sonra ARDNŞ-da mənzil növbəsinə duran neftçilər üçün yeni yaşayış binası istifadəyə verilib. ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev mənzillərlə tanış olduqdan sonra evlərin açarlarını öz sahiblərinə təqdim edib.
Qeyd edək ki, Badamdar qəsəbəsində inşa olunan yeni binada 60 üç otaqlı və 36 iki otaqlı (ümumilikdə 96) mənzil var. Mənzillər sahiblərinə tam təmirli və mətbəx avadanlığı quraşdırılmaqla təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB