Bakının Qaradağ rayonunda püskürən vulkan artıq sakitləşib və ərazidə alov müşahidə olunmur. Bunu SİA-ya açıqlamasında AMEA-nın Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev deyib. O bildirib ki, püskürmə bu gün səhər saat 05:00 radələrində baş verib. A.Əliyevin sözlərinə görə, həmin zaman ərazidə püskürmə çox güclü olub və 2 hektardan çox əraziyə palçıq yayılıb.
"Amma hazırda püskürmə sakitləşib. Əvvəlcədən orada hanısa püskürmənin baş verməsi gözlənilmirdi. Çünki sonuncu dəfə həmin ərazidə püskürmə 2010-cu ildə baş verib. Lökbatan palçıq vulkanın ətrafında yaşayış evləri olmasa da, neft buruqları var. Lakin püskürmə onlar üçün heç bir təhlükə yaratmayıb. Buruqlar kənarda olduğundan vulkan püskürməsinin heç bir təsiri olmayıb", - deyə o əlavə edib.
Qeyd edək ki, bu, Lökbatan palçıq vulkanının artıq 24-cü püskürməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB