Türkiyəli ədib Azərbaycanda mükafatlandırıldı

Türkiyəli ədib Azərbaycanda mükafatlandırıldı

Qardaş Türkiyənin məşhur yazıçısı, türk divan ədəbiyyatının mahir bilicisi-ədəbiyyatşünas alim İskəndər Pala "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi (ABAİ İB) və Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən plaketlə təltif edilib. SİA-nın məlumatına görə, plaketlər İskəndər Palaya Bakı səfərinin son günü adıçəkilən ictimai birliklərin rəhbərləri tərəfindən təqdim edilib. Bu təltiflər barədə qərar, qardaş ölkə ədibinin Azərbaycana səfəri münasibəti ilə, habelə onun iki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı xidmətlərinə, ədəbiyyata, ədəbiyyatşünaslığa töhfələrinə görə verilib.

Qeyd edək ki, İskəndər Pala hər iki təltif üçün təşəkkürünü bildirib, Azərbaycana səfərindən zəngin təəssüratlarla döndüyünü qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə