Xəbər verdiyimiz ki, Bakının Qaradağ rayonunda palçıq vulkanı püskürüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən xəbərə görə, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb və yanğın baş verib. Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadası göndərilib.
AMEA-nın Geologiya İnstitutundan verilən xəbərə görə, Lökbatan palçıq vulkanı Azərbaycanda tez-tez püskürür. Sonuncu dəfə vulkan 2010-cu ildə püskürüb. Bu, vulkanın 24-cü püskürməsidir. Hazırda institutun əməkdaşları hadisə yerindədir. Qısa müddət ərzində ətraflı məlumat veriləcək.
Qeyd edək ki, hadisə baş verən ərazidə Lökbatan palçıq vulkanın ətrafında yaşayış evləri olmasa da, neft buruqları var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB