Dağlıq Qarabağ problemi xaricdə necə tanınır?

Dağlıq Qarabağ problemi xaricdə necə tanınır?

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) təşkilatçılığı ilə Azərbaycan Gənclər Fondu və Avropa İttifaqının Gənclər Fəaliyyətdə Proqramının dəstəyi ilə həyata keçirilən "Avropalıyıqmı?! - Kimlik, İnteqrasiya, Müstəsnalıq" adlı beynəlxalq tədbir öz işini davam etdirir. AGAT-dan SİA-ya verilən məlumata görə, 7 Avropa ölkəsinin cəlb olunduğu tədbirin 3-cü günü Azərbaycan mətbuatı və Dağlıq Qarabağın Azərbaycanlı icması görüş keçirib. Birinci qrup Dağlıq Qarabağın Azərbaycanlı İcması Əlaqələndirmə Şurası ilə görüş keçirib, daha sonra qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları əraziyə səfər ediblər. Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə təşkil olunan görüşün əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı geniş məlumat əldə etmək və münaqişənin tarixi, işğal prosesi və hazırkı vəziyyəti barədə qonaqlara xəbər vermək idi.

Digər qrup isə Azərbaycanın aparıcı KİV nümayəndələri ilə görüşdə iştirak edib. 2-ci paneldə Azərbaycanın Kütləvi İnformasiya Vasitələri ilə daha yaxından tanış olmaq üçün Modern Hotelin konfrans zalında fəal KİV nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan mətbuatının inkişaf tarixindən, yeni media imkanlarından və Azərbaycan mətbuatında olan söz azadlığı barədə geniş məlumat verilib. Azərbaycanda mətbuatın azad olduğu və siyasi baxışından asılı olmayaraq bütün KİV nümayəndələrinə eyni şəraitin yaradıldığı xüsusi qeyd edilib.Qeyd edək ki, 20 sentyabr tarixində Avropalı gənclər Avropa Birliyinin Azərbaycan nümayəndəliyi, AR Gənclər və İdman Nazirliyinin nəzdində İctimai Şura rəhbərliyi və QHT-lərlə görüş nəzərədə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə