XİN: "İrəvanın Xankəndidə aeroport açmaq cəhdi danışıqlara zərbə vuracaq"
"Ermənistan təxribat xarakterli əməllərini davam etdirməkdədir. Bunlardan biri də, rəsmi İrəvanın Xankəndidə aeroport açmaq cəhdidir. Bu danışıqlar prosesinə böyük zərbə vurmuş olacaq". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlamasında bildirib. Elman Abdullayevin sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib.
"Belə təxribat xarakterli addımlar rəsmi İrəvanın münaqişənin nizamlanmasına dair sülh danışıqları aparmaq niyyətində olmadığını göstərir. Bu fakt beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə pislənməlidir", - deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB