Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Bakıda keçirdiyi Beynəlxalq "Neft, Qaz və Media" konfransının iştirakçıları bu gün Milli Parkda gəzintiyə çıxıblar. Konfrans iştirakçıları gəzinti zamanı parkda quraşdırılmış ARDNŞ-ə məxsus stendlərlə, milli rəqs və idman oyunlarına tamaşa ediblər. Sərgidə Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Məmmədov Xalik, Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru Alison Betel, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və digər rəsmi şəxslər iştirak edib.
Daha sonra qonaqlar Nobel qardaşlarının Bakıdakı ev-muzeyi "Villa Petrolea" ilə tanış olub. Bildirilib ki, 1882-1884-cü illərdə tikilmiş Nobellərin evi 2007-ci ildə Bakı Nobellər İrsi Fondu tərəfindən bərpa edilib. Ev-muzeydə Nobellər ailəsinə məxsus əşyalar toplanıb. Bu əşyaların bir qismi dünyanın müxtəlif ölkələrində keçirilən auksionlarda alınıb.
Sonra Beynəlxalq "Neft, Qaz və Media" konfransının iştirakçılarına ziyafət verilib. Mərasimdə çıxış edən Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Məmmədov Xalik bildirib ki, Azərbaycanda neftin tarixi zəngindir.
Tarixi faktlar hələ eramızdan min illər qabaq ölkəmizdə ibtidai üsullarla neft çıxarıldığını və karvan yolları ilə müxtəlif öl kələrə daşındığını sübut edir: "Məlumdur ki, dünyada sənaye üsulu ilə ilk neft qu yusu 1848-ci ildə bakı yaxınlığında, bibiheybət mədənlərində qazılıb. Tari xin sonrakı dövrlərində də Azərbaycan dünya neft sənayesinin önündə gedib, neftin emalının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə və açıq dənizdə neft yataqlarının kəşf və istismar olunmasının əsası ölkəmizdə qoyulmuşdur. Bu sahədə ən mütərəqqi ideyaların həyata keçirilməsi, saysız-hesabsız yeniliklərin tətbiqi məhz Bakı neftçilərinin adı ilə bağlıdır. Qədim neft diyarı Azərbaycan bu gün yenə də əvvəlki kimi öz adını dünya iqtisadiyyatının öncülləri sırasına yazmaqdadır. iqtisadi potensialını uğurla gerçəkləşdirən respublikamız son dövrdə yüksək templərlə irəliləyərək, inkişafının key-fiyyətcə yeni mərhələsinə qədəm qoyub, yaşadığımız regionun siyasi, iqtisadi, mədəni mərkəzinə çevrilib".
Qeyd edək ki, iki gündür davam edən konfrans bu gün öz işini başa çatdırıb. Konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsindən, enerji istehsalçısı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarət olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB