"Xocalını unutmadıq"

Azərbaycan Diaspora Komitəsinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan-Fransa Gənclik Assosiasiyasının yerli təşkilatçılığı ilə cari ilin 18 sentyabr tarixində Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiya keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, üç saata yaxın davam edən aksiyada Azərbaycanın Avropanın Almaniya, Hollandiya, Belçika, İngiltərə, İsveç, İsveçrə kimi ölkələrində fəaliyyət göstərən diaspora təşkilatları, Fransadakı Azərbaycanlılar İcması, Avropadakı Azərbaycan və Türk diasporunun üzvləri, Avropada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Rəsmi Ermənistanın beynəlxalq terrorizmi dəstəkləməsi, Qarabağda törədilən insanlıq cinayətlərinə etiraz olaraq təşkil olunmuş aksiya şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Dövlət Himni ilə başlayıb. "Qarabağ bizimdir", "Xocalını unutmadıq", "Qatil Sarkisyan", "ASALA və DAŞNAK-terror təşkilatlar" və s. şüarlarla vüsət alan aksiyada giriş sözü ilə çıxış edən Fransadakı Azərbaycan icmasının fəal üzvü Mirvari Fətəliyeva mitinq iştirakçılarını salamlayaraq yaxın və uzaq məsafələrdən gəlmiş həmyerlilərimizə belə bir məqsəd ətrafinda toplaşaraq bir daha mənfur qonşularımıza birlik olduğumuzu sübut edərək Avropada Azərbaycan diasporunun gücünü sübut etdiklərini vurğulayıb. Daha sonra cıxış edənlər sırasında söz alan Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim, millət vəkili Sabir Rüstəmxanlı, Dünya Azərbaycanlılar Konqresinin (DAK) sədri Cavad Deraxti, Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzile Rüstəmxanlı, və s ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfinden işğal edildiyini, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından silah gücünə zorla çıxarıldığını xatırladan beynəlxalq qurumların siyasətini terror üzərində quran, ərazisini başqa bir ölkənin torpaqları hesabına genişləndirməyə can atan Ermənistanı dəstəklədiklərini, Azərbaycanın haqq səsini qulaqardına vurduqlarını bildirərək, bütün dünya ölkələrinin beynəlxalq terrorizmə qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın ASALA terror təşkilatını dəstəkləməsinin yolverilməz olduğunu diqqətə çəkib, insan hüquqlarından ağızdolusu danışan bəzi avropalı deputatların minlərlə azərbaycanlını qətlə yetirən erməniləri günahlandırmaq əvəzinə, ölkəsinin bayrağının təhqir edilməsinə dözməyərək erməni zabitini öldürdüyünə görə 8 il həbsdə yatdıqdan sonra Azərbaycana ekstradisiya edilən Ramil Səfərovun prezident tərəfindən əfv olunaraq azadlığa buraxılmasından narahat olmalarından təəssüf hissi keçirdiyini bildiriblər. 500-dən artıq azərbaycanlı və türkün iştirak etdiyi etiraz aksiyasının sonunda AFAJ-in sədri Vüsalə Məmmədzadə tərəfindən Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyannamə oxunub.

AFAJ-in fəal üzvlərindən Günel Çəndirova, Aysel Səfərova, Kamala Gülməmmədova, Mövlud Mohbali, Günel Səfərova və digərlərinin xüsusi səyi və nəzarəti ilə mitinq dinc şəkildə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə