Gəncənin turizm potensialının inkişafı üçün son dövrlər nəzərə çarpacaq addımlar atılıb. Şəhərin qədim tarixi abidələrini, ənənələrini nəzərə alaraq turistlərin Gəncəyə axınını təşkil etmək üçün lazımi tədbirlər planı bu gün də aparılmaqdadır. İlk növbədə onu deyək ki, dünya şöhrətli mütəfəkkir Nizami Gəncəvinin qəbrüstü məqbərəsinin yenidən qurulması turuzim üçün də mühüm əhəmiyyət daşıyır. Kompleks və ətrafı qədim ornamentlər əsasında yenidən qurulub ki, Gəncəyə gələn turistlərdə ilk növbədə şəhərlə tanışılığı məhz buradan başlayır.
Bundan əlavə Gəncənin ən qədim tarixi küçələrində olan Cavad Xan küçəsi də hazırda turistlərin diqqət mərkəzindədir, desək heç də yanılmarıq. Siyahıya şəhərin Xan Bağı istirahət guşəsini də daxil etmək olar. Burada da genişmiqyaslı tarixi abidələr restavrasiya olunmaqla abadlıq işləri aparılıb. Gəncədə durmadan artan mehmanxanalar da turizm potensialının genişləndiyinin və xarici qonaqların şəhərə axınının təzahürüdür. Bu gün ölkənin ikinci böyük şəhərində 10-a yaxın dünya standartlarına cavab verən mehmanxana fəaliyyət göstərir. Gəncə şəhər Mədəniyyət və Türizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov SİA-nın bölgə müxbirinə bildirib ki, Gəncənin son dövrlərdə turizmdən gələn gəlirləri artmaqdadır.
Gəncənin turizmindən söz düşəndə Hacıkənd istirahət guşəsi ən başlıca məqam olaraq qeyd olunmalıdır. Daima yerli əhalinin ən çox üz tutduğu bu istirahət məkanı indi turistlərin diqqətini çəkir. Bu məqsədlə Hacıkənd istirahət guşəsində əsaslı şəkildə abadlıq işləri həyata keçirilib. Ərazi qazlaşdırılıb və lazımi infrastruktur şərait qurulub. Rəsmi statistikaya əsasən hər il Gəncənin istirahət üçün seçən turistlərin sayı minlərlə ölçülür.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB