"Azərbaycan regionda lider olan bir ölkədir"

"Azərbaycan regionda lider olan bir ölkədir"

"Büdcənin gəlirləri həm vergilərdən, həm də neft-qaz sektorundan asılı olmalıdır. Bir çox ölkələrdə neft-qaz sahəsi olmadığından yalnız vergilərdən gəlir əldə olunur. Lakin, Azərbaycanın müəyyən qədər əlverişli vəziyyətdə olmasının nəticəsidir ki, onun neft-qaz sahəsində də böyük gəlirləri var". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Müslümov deyib.

Onun sözlərinə görə, bu gəlirlərin hansı formada istifadə olunması vacib məsələdir: "Biz hesab edirik ki, Azərbaycan ümumiyyətlə, qabaqcıl bir sistemdən istifadə edir. Neft Fondunda bütün vəsaitlərin toplanması və şəffaf formada bu vəsaitlərin hansı istiqamətlərdə istifadə olunması sistemin fəaliyyətindən xəbər verir. Bütün bunlar digər ölkələrdə olan problemlərin Azərbaycanda da olmasının qarşısını alır".

İcraçı direktor əsrin müqaviləsinin Azərbaycan üçün əhəmiyyətindən də danışıb. O, Azərbaycanın büdcəsinə qısa bir müddətdə böyük həcmdə vəsaitlərin gəlməsində, Azərbaycanda neft-qaz sektorunun inkişaf etdirilməsində müqavilənin həddindən artıq böyük rol oynadığını bildirib: "Əsrin müqaviləsinin Azərbaycanın büdcəsinə qısa bir müddətdə böyük həcmdə vəsaitlərin gəlməsində, Azərbaycanda neft-qaz sektorunun inkişaf etdirilməsində həddindən artıq böyük rolu olub. Bu da ulu öndər Heydər Əliyevin yaratdığı neft strategiyasının nəticəsidir. Neft strategiyasının ölçülüb-biçilmiş şəkildə həyata keçirilməsi bütün dünyaya sübut etdi ki, Azərbaycan sürətlə inkişaf edən və regionda lider olan bir ölkədir".

Bütün xəbərlər Facebook səhifəmizdə