Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasi zamani toplanmış tullantılar təkrar emal ediləcək
"Təmiz Şəhər" ASC Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 27-ci ildönümünə həsr olunmuş, sentyabrın 22-si tarixində keçiriləcək ekoloji təşəbbüsə qatılacaq. "Bu cür aksiyalar "Təmiz Şəhər" ASC tərəfindən alqışlanır. "Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumata görə, aksiya zamanı toplanmış bütün tullantılar "Təmiz Şəhər" ASC-yə təhvil verilmiş və bu tullantılar sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək təkrar emala yararlı materiallar sənayeyə göndəriləcək. Bununla da çeşidlənmiş tullantılar təkrar emal edilərək onlara ikinci həyat veriləcək" - Təmiz Şəhər ASC-nin Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov qeyd edib.
Bütün dünyada Coca-Cola şirkəti tərəfindən dəstəklənən həmin aksiya çərçivəsində, Şüvəlan sahili zibil və tullantılardan təmizlənəcək. Beynəlxalq Sahilyanı Təmizlik Günü, sahillərin, daxili suların və okeanların məişət tullantıları və zibildən təmizlənməsi məqsədi ilə keçirilən, dünyanın ən böyük birgünlük könüllülük təşəbbüsüdür.
Təşəbbüsdə, həmçinin bir sıra dövlət və qeyri-hökumət təşkilatları- Milli Olimpiya Komitəsi, Azərbaycan Diplomatik Akademiyası, AMEC, "Green Baku" Klubu, "Təbiətin Dostları Klubu" iştirak edəcəklər.
Qeyd edək ki, tədbir sentyabrın 22-si Şüvəlan qəsəbəsində "Zibili götür. Təmizlə. Fərqi Gör!" şüarı altında keçiriləcək.
Aksiyanın təşkilatçılarından biri olaraq, Coca-Cola şirkəti bütün iştirakçıları nəqliyyatla, üzərlərində loqotip olan köynəklərlə, soyuq içki ilə, naharla və təmizlik üçün lazımi avadanlıqla təmin edəcək.
Məlumat üçün bildirək ki, aksiyada iştirak etmək üçün 436 90 67 yaxud 435 85 09 telefonlarına zəng etməklə, [email protected] ünvanına məktub göndərməklə, tədbirin Facebook-dakı səhifəsində http://www.facebook.com/events/415004635214316/ qeydə alınmaqla qoşulmaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB