Gədəbəyin icra başçısı vəzifəsinin icrası ilə məşğuldur
Gədəbəy Rayon İcra Hakimiyyəti bəzi mətbuat orqanlarında icra başçısı Ramiz Yediyarovun işə çıxmaması ilə bağlı dərc olunan yazılara münasibət bildirib. Bu barədə SİA-ya Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, bu barədə dərc olunan yazılar həqiqətə uyğun deyil və əsassızdır: "İcra başçısı Ramiz Yediyarov öz işinin başındadır və vəzifəsinin icrası ilə məşğuldur. İcra başçısı həmişə olduğu kimi, indi də rayonun sosial-iqtisadi inkişafı, abadlıq işləri və vətəndaşların qəbulu ilə məşğuldur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB