Bu gün TÜRKPA baş katibi Ramil Həsənov ATƏT Parlament Assambleyasının ATƏT yanında Əlaqələndirici Ofisinin rəhbəri Səfir Andreas Nothelle ilə görüş keçirəcək. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, görüşdə ATƏT PA və TÜRKPA arasında 2010- cu ildən bugünə qədər həyata keçirilən əməkdaşlıq və bundan sonra da qarşılıqlı əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılacaq.
ATƏT PA-nın parlament diplomatiyası sahəsindəki təcrübələrinin TÜRKPA tərəfindən mənimsənilməsi istiqamətində də müzakirələr aparılacaq.
Qeyd edək ki, səfər çərçivəsində TÜRKPA baş katibini beynəlxalq əməkdaşlıq və protokol üzrə katib Anar Rəhimov müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB