“Əməkdaşlıq memorandumu” imzalanıb

“Əməkdaşlıq memorandumu” imzalanıb

Milli QHT Forumu beynəlxalq fondla müqavilə imzalayıb. SİA-nın məlumatına görə, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni Avropada (Çexiya, Monteneqro) səfərdə olub. Monteneqronun Budva şəhərində Qara dəniz-Xəzər dənizi Əməkdaşlıq və Yoldaşlıq üzrə Beynəlxalq Fondun İdarə Heyətinin 9-cu illik qurultayı keçirilib. Qurultayda gündəlikdə olan 18 məsələ müzakirə edilib. Gündəliyin 13-cü bəndində nəzərdə tutulduğu kimi, bir neçə qeyri-hökumət təşkilatı (Monteneqronun Green Home təşkilatı, Azərbaycan Milli QHT Forumu, Azərbaycanın Qadın Sahibkarlar Assosiasiyası, Rumıniyanın VP holdinq şirkətləri, Anna Divaç Fondu) ilə memorandum imzalanıb. Beynəlxalq, regional, genişmiqyaslı fəaliyyət həyata keçirən Qara dəniz-Xəzər dənizi Əməkdaşlıq və Yoldaşlıq üzrə Beynəlxalq Fondla Azərbaycan Milli QHT Forumu arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanan əməkdaşlıq memorandumu Qara dəniz və Xəzər dənizi ölkələrinin əlaqələrinin genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi, müvafiq ölkələrin qht-ləri ilə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində layihələrin həyata keçirilməsi istiqamətində yeni imkanlar yaradır.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni əməkdaşlıq memorandumunun imzalanması təşəbbüsünü dəstəklədiyinə görə Fondun prezidenti Viktor Xmarinə, Fondun baş katibi Eldar Həsənova və Fondun icraçı koordinatoru, iqtisadi və maliyyə əməkdaşlığı üzrə məsləhətçisi Marcela Curmeiyə öz minnətdarlığını bildirib və bundan sonra Fondla sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə