"İRƏLİ" Təlim və Karyera Mərkəzi "Müasir İqtisad Məktəbi-2" layihəsinə start verir. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, "Müasir İqtisad Məktəbi-2" layihəsi 2012-ci ilin sentyabr ayından 2013-ci ilin may ayına qədər olan müddəti əhatə etməklə, əsas məqsədi gənclərin iqtisadiyyat sahəsində biliklərini və təcrübələrini interaktiv üsulla artırmaqdır. Layihənin sonunda iştirakçılar diplomla təltif olunacaqlar. Layihədə iqtisadiyyat üzrə təhsil alan tələbələr və iş adamları iştirak edə bilərlər.
Qeyd edək ki, "Müasir İqtisad Məktəbi-1" layihəsinin 2012-ci ilin yanvar-iyul aylarını əhatə edən müddətində iştirakçılar iqtisadiyyatın müxtəlif sahələri üzrə təlim alıb və bu sahənin mütəxəssisləri ilə görüşüblər. Eyni zamanda iştirakçılar Azərbaycan Sənayə Sığorta ASC-də təcrübə keçmək imkanı əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB