Ermənistanın səfirliyi qarşısında möhtəşəm aksiya

Ermənistanın səfirliyi qarşısında möhtəşəm aksiya

Ermənistanın Fransadakı səfirliyi qarşısında aksiya keçirilib. Aksiya Fransadakı Azərbaycanlılar İcması, Avropadakı Azərbaycan və Türk diasporunun üzvləri, Avropada təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunub.

Aksiya ermənilərin beynəlxalq terrorizmi dəstəkləməsi, Qarabağda törədilən insanlıq cinayətlərinə etiraz olaraq təşkil olunub. Aksiyada ermənilərin Avropa ölkələrində təhrif olunmuş məlumatlarla apardıqları antiazərbaycan təbliğatına etiraz bildirilib.

Aksiyada Ermənistanın işğalçı olması, Ermənistan rəhbərliyinin beynəlxalq terrorizmi dəstəkləməsi, dinc insanların qətlə yetirilməsinə rəvac verməsi ilə bağlı şüarlar səsləndirilib.

Tədbirin sonunda aksiyanın bəyanatı oxunub. Bəyanatda Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarları xatırladılıb. Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə