“Azərbaycan çox faydalı konfransa ev sahibliyi edir”

“Neft, Qaz və Media” konfransı barədə xaricilər nə düşünür?
“Azərbaycan çox faydalı konfransa ev sahibliyi edir”

Bu gün Bakıda möhtəşəm Gülüstan Sarayında "Neft, Qaz və Media" adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə 200-ə yaxın xarici jurnalist iştirak edib. Bəs onların konfrans barədə təəssüratları necədir?

"Chevron Nigeria Limited"in mütəxəsisi, "Africa Oil +Gas Report" jurnalının baş redaktoru Toyin Akinosho "Neft, Qaz və Media" konfransı haqqında öz təəssüratlarını bölüşərək qeyd etdi ki:

- Tədbir, mənə görə, çox maraqlı keçir. Əminliklə deyə bilərəm ki, tədbir əsnasında maraqlı informasiyalar əldə etdim. Digər tərəfdən, tədbirin Azərbaycanda keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Mən Lagosdan, yaşadığım şəhərdən Bakiya gələrkən insanlar məndən sorusurdular ki, sən hara gedirsən? Bakıya, Azərbaycanın paytaxtına getdiyimi söylədyimdə isə, bu ölkənin harada yerleşdiyini onlara izah etməmi xahiş etdilər. Bu baxımdan konfrans Azərbaycanın təbliğ olunmasında mühüm rol oynayır.

"Financial Times"ın Qərbi Afrika üzrə müxbiri Tom Burgins:

- Konfransın Bakıda keçirilməsi çox gözəl ideyadır. Qaz və neft korparasıyaları adətən mətbuat orqanları ilə elə də sıx əməkdaşlıqda maraqlı deyillər. Bu prizmadan baxdıqda, Azərbaycan çox faydalı bir konfransa ev sahibliyi edərək qaz və neft istehsal edən kompaniyaların nümayəndələrini və dünyanın aparıcı mediya orqanlarını bir araya gətirmişdir. Bu həm də jurnalistlər üçün öz əlaqələrini genişləndirmək baxımdan böyük bir imkandır.

Nigeriyada nəşr olunan "Daily Independent" qəzetinin müxbiri Harris-Okon Emmanuel:

- Konfrans çox yaxşı təşkil olunmuşdur. Konfrans həm də dünyanın müxtəlif regionlarından olan jurnalistlərin əməkdaşlığına şərait yaradır. Eyni zamanda qeyd edə bilərəm ki, neft-qaz sənayesi Nigeriya üçün böyük əhəmiyyət kəsb edir və bu sahədə olan biliklərin və innovasiyalar haqqında məlumatların əldə olunması bizim üçün çox önəmlidir.

Uqanda İnkişaf və Ətraf Mühitin Qorunması Koalisiyasının İcraçı Direktoru Godmer W. Tumushabe:

- "Neft, Qaz və Media" konfransı dünya mətbuat nümayəndələrinin öz təcrübələrini bölüşməsi üçün çox gözəl bir tədbirdir. Digər tərəfdən, tədbirin Azərbaycanda keçirilməsi də önəmlidir. Azərbaycanın nef-qaz sektorunda zəngin təcrübəsi var. Uqandada isə neft və qaz səhəsi yenicə inkişaf etməyə başlamışdır. Həmçinin qeyd etməliyəm ki, bu günkü müzakirə olunan məsələlər mətbuat azadlığının təminatı baxımdan çox vacibdir. Mətbuat azadlığı isə, öz növbəsində, kəşf olunmuş neft və ya qaz hövzələrinin xalqın mənafeyinə zidd istifadə olunmamasını təmin edən əsas faktorlardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə