Sexlər bağlandı

Bərdə və Tərtər rayonlarında çörək və şirniyyat sexlərinin fəaliyyəti dayandırılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdə rayonunda yerləşən sexdə şirniyyatın bişirilməsi üçün heç bir uyğunluq sertifikatı yoxdur. Bundan əlavə şirniyyatın bişirilmə və saxlanmasında müvafiq qaydalara əməl edilmir. Sexdə antisanitariya hökm sürür. Hətta şirniyyat sexində ev heyvanlarına da rast gəlmək olar.

Eyni hal Tərtər rayonundaki çörək sexində də yaşanıb. Bu sexdə də antisanitariya vəziyyətində çörək bişirilir. Çörək bişirilən qablar, tərəziləri də standartlara cavab vermir. Çörəklərin bişirilmə və saxlanma şəraiti də qənaətbəxş deyil.

Müəyyən edilmiş qaydaları pozduğuna görə müvafiq tələblərə uyğun protokol tərtib edilərək hər iki sexin sahibinə təqdim edilib. Sexlərin fəaliyyəti qeyd edilən qusurlar aradan qaldırılana qədər dayandırılıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə