Serbiyanın Kruşevac şəhərində Avropa İttifaqının "Gənclər fəaliyyətdə" proqramı ("Youth in action") çərçivəsində "Könüllülük işi" mövzusunda keçirilən təlim yekunlaşıb. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, təlimdə Azərbaycan daxil olmaqla 6 ölkədən - Polşa, Latviya, Xorvatiya, Serbiya və Makedoniyadan ümumilikdə 30 fəal gənc iştirak edib.
Təlimdə Azərbaycanı "İRƏLİ" İctimai Birliyinin 6 fəal üzvü təmsil edib. Tədbirdə könüllü işin təşkili və inkişafı, sosial mediada könüllülüyün təbliği və s. məsələlər müzakirə olunub, gənclər mübadiləsi ilə bağlı fikirlər səsləndirilib. Eyni zamanda iştirakçılar müxtəlif təlimlərdə iştirak edərək yarışmalara qatılıblar.
Səfər çərçivəsində iştirakçılar Kruşevac şəhərinin meri ilə görüşüb və "İRƏLİ" fəalları merə hədiyyələrini təqdim ediblər.
Mədəniyyətlərarası gecədə təmsilçilərimiz milli rəqsimizi, Azərbaycan mətbəxinin nümunələrini və Azərbaycanla bağlı təqdimat videosunu nümayiş etdiriblər. Eyni zamanda "İRƏLİ" fəalları "İstedad şousu"da "X Faxtor"da çıxış edərək digər ölkələr arasında seçilərək birinciliyi qazanıblar.
Qeyd edək ki, səfər müddətində iştirakçılar Serbiyanın tarixi və görməli yerləri ilə də tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB