Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N. Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə yola salınan 26 nəfər əlil azərbaycanlı 28 günlük müalicə kursunu başa vuraraq geri dönüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən xəbərə görə, səfərdən qayıdan əlil həmvətənlərimiz əlil insanların hərtərəfli təminatına, eyni zamanda onların tibbi-sosial reabilitasiyasına göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, Ukraynada müalicə olunduqları N. Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzi səmərəli müalicə metodları ilə tanınır. Burada peşəkar həkimlər tərəfindən aparılan fizioterapevtik müalicə üsulları onların səhhətində xeyli yaxşılaşma yaradıb.
Qeyd edək ki, Ukraynanın Saki şəhərindəki N. Burdenko adına ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizioterapevtik müalicə üsulları ilə məşhur olan sanator müəssisədir. İki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan 80 nəfərdən çox əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır. Həmçinin, bu ildən əlil insanlarımızın Bolqarıstanda da dövlət hesabına müalicə olunmasına başlanılıb. Artıq 30 nəfər əlil həmvətənimiz həmin ölkədə fizioterapevtik müalicə kursu keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB