Rusiya prezidenti Vladimir Putin Krasnodar vilayətində keçirilən "Qafqaz 2012" hərbi təlimlərini izləyib. Hərbi təlimlərdə 8 min əsgər,10 döyüş gəmisi,100-dən çox döyüş təyyarəsi, 200-dən şox ağır texnika, 50 hərbi helikopter iştirak edib.
SİA-nın verdiyi məlumata görə, hərbiçilərlə görüşən Putin: "Beynəlxalq arenada gücdən istifadə gedərək artır. Biz də bu səbəbdən müdafiə qüvvələrimizi artıraraq öz təhlükəsizliyimizi təmin etmək məcburiyyətindəyik", -deyə bildirib.
Qeyd edək ki, hərbi təlimlər bir həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB