Gəncədə sovet dönəmindən qalan nəqliyyat vasitələrinin yenilənməsi işi davam edir. Təxminən 210 ədəd köhnə sərnişin avtobusları tam yenilənəcək. Artıq müasir tələblərə cavab verən 28 ədəd "Hunday" markalı avtobusların təqdimatı keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Elmar Vəliyev də iştirak edib. Şəhər rəhbəri bildirib ki, Gəncədə nəqliyyat sisteminin əvəzlənməsi, sərnişinlərin rahatçılığı ilə yanaşı sürətlə abadlaşan Gəncənin də görkəminə xüsusi rəng qatacaq. Yeni avtobuslar ekologiyanın qorunması baxımından da xüsusi önəm daşıyır. Gəncə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Xanoğlan Qasımovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, yeni avtobuslar bu gündən xəttə buraxılıb. Bildirək ki, daha öncə 13 ədəd analoji nəqliyyat vasitələri şəhərə gətirilib. Oktyabr ayında isə son partiya Gəncəyə gətiriləcək ki, bununla da 210 köhnə sovet avtomobilləri iri tutumlu yeni sərnişin daşıyan avtomobillərlə əvəzlənəcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB