4 məktəb açıldı

Millət vəkili Ceyhun Osmanlı Sabirabad rayonunda 4 məktəbin açılışında iştirak edib

Yeni dərs ilində Sabirabad rayonunda Nizami Gəncəvi adına 5 saylı şəhər, Eynulla Nadirov adına 8 saylı şəhər, Nərimankənd kənd, Yuxarı Axtaçı kənd tam orta məktəblərin əsaslı şəkildə yenidən qurulub istifadəyə verilməsi şagirdlərin, eləcədə rayon ictimaiyyətinin böyük sevincinə səbəb olub. Maddi texniki bazası yeniləşən məktəblərdə keyfiyyətli təhsil üçün hər cür şərait yaradılıb.

Hər bir məktəbin açılışında Sabirabad rayonunun icra başçısı Nazim İsmayılov, millət vəkilləri Ceyhun Osmanlı, Rüstəm Xəlilov, Nizami Gəncəvi adına 5 saylı orta məktəbin direktoru Bilal Əhmədov, Eynulla Nadirov adına 8 saylı orta məktəbin direktoru Etibar Həsənov, Nərimankənd kənd orta məktəbinin direktoru Əlabbas Rzayev, Yuxarı Axtaçı kənd orta məktəbinin direktoru Zahid Məmmədov iştirak ediblər.

Qeyd edilib ki, məktəblərdə yaradılan şərait dövlətin təhsil siyasətinin uğurlu göstəricisidir. Şagirdlərin təhsili üçün müasir standartlara cavab verəcək hər cür şərait yaradılıb. Məktəblər yeni avadanlıqlarla təchiz edilib, laboratoriyalar müasirləşdirilib, istilik sistemi ilə təmin olunub. İdman zallarına bütün zəruri avadanlıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə