155 terrorçu məhv edilib

Hakkarinin Şəmdinli mahalında son 3 gündə aparılan əməliyyatlarda 32 PKK-lı öldürülüb. Hakkari Qubernatorluğundan verilən məlumata görə, sentyabrın 15,16 və 17-də Şəmdinli mahalına bağlı Zorgeçit bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən icra edilən əməliyyatlarda PKK-ya mənsub qrup məhv edilib.

Təhlükəsizlik güclərinin "təslim ol" çağırışına PKK-lar odlu silahdan açılan atəşlə cavab veriblər. Məlumatda qeyd olunub ki, çıxan qarşıdurmada 32 terrorçu zərərsizləşdirilib. Ümumilikdə isə son 12 gündə 155 nəfər terrorçu məhv olunub. Əməliyyatlar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə