“Məcburi köçkün gənclərin virtual informasiya mərkəzi”

“Məcburi köçkün gənclərin virtual informasiya mərkəzi”

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovun verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Məcburi köçkün gənclərin virtual informasiya mərkəzi" adlı layihənin icrasına başlanılıb. SİA-nın məlumatına görə, layihədə məqsəd məcburi köçkün gənclər üçün virtual mərkəz kimi informasiya xarakterli sayt yaratmaq və işğal olunmuş ərazilərdən olan gəncləri bu saytın vasitəsilə bir yerə toplamaq, onları bir-birinə tanıtmaqdır. Xaricdə təhsil alan, idmanda nailiyyəti olan, ictimai aktivliyi ilə seçilən, elmdə uğurlar qazanan, vətənin bütövlüyü uğrunda qəhrəmanlıq göstərən məcburi köçkün gənclər haqqında bu saytda mütamadi informasiyalar vermək, onların fəaliyyətini işıqlandırmaq məqsədi bu layihədə qarşıya qoyulur. Həmçinin bu sayt əməkdaşlıq və gənclərin bir-birini tanıması, fikir mübadiləsi, aktiv şəkildə birləşərək öz problemlərini, haqq səslərini dünya ictimaiyyətinə çatdırılması vəzifəsini də öz üstünə götürür. Bu saytın vasitəsilə işğal olunmuş rayonların müvafiq dövlət qurumları ilə əməkdaşlıq, keçirilən layihələrə gənclərin cəlb olunması, məşğulluqlarının təmin edilməsinə kömək və s məsələlər də öz əksini tapacaq. Dövlət Gənclər Proqramından irəli gələn məsələlərin aktiv müzakirəsi, bu proqramdan məcburi köçkün gənclərin yararlanması və s. aktual mövzular da bu saytda geniş işıqlandırılacaq. Dövlət Proqramında nəzərdə tutulan Virtual Qarabağ ideyasının tərkib hissəsinə çevriləcək bu layihədə işğal olunmuş rayonların tarixi, mədəniyyəti, təbiəti, tanınmış şəxsiyyətləri və s. materiallar da bu saytda yerləşdiriləcək. Sayt gündəlik informasiya ilə təmin ediləcək. Saytın forumu və internet TV-də fəaliyyət göstərəcək. Sayt üç dildə (Azərbaycan, İngilis, Rus) dillərində yaradılacaq. Çalışılacaq ki, beynəlxalq aləmdə də bu sayt tanınsın.

Ölkə rəhbərliyinin apardığı siyasət əmin edir ki, torpaqlar tezliklə düşməndən azad olunacaq. Dövlətin məcburi köçkünləri hər bir probleminə həssaslıqla yanaşması demək olar ki, onların sosial problemlərini həll edib. Lakin bir neçə problemlər mövcuddur ki, onlar qanunlarla və dövlət proqramları ilə həll edilmir. Belə problemlərdən biri də məcburi köçkünlərin bu gün böyük əksəriyyətini təşkil edən gənclərlə bağlıdır. Bu çox incə məsələ olan məcburi köçkün gənclərimizin öz həmvətənlərini tanımamasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə