19 sentyabr 2012-ci il tarixində TÜRKPA baş katibi Ramil Həsənov Beynəlxalq Sülh İnstitutunun dəvəti ilə Avstriyanın paytaxtı Vyana şəhərində görüşdə iştirak edəcək. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, bir çox ölkələrin BMT-nin Vyana ofisi yanında akreditə olunmuş səfirləri, analitikləri, politoloqları, Avstriya Xarici İşlər Nazirliyinin yüksək rütbəli nümayəndələri iştirak edəcək. Görüşdə Ramil Həsənov TÜRKPA-nın fəaliyyəti, məqsədləri, gələcək planları, Avrasiya regionuna inteqrasiya prosesində oynaya biləcəyi mümkün rolu, parlament diplomatiyası vasitəsilə regionda sülhün və stabilliyin əldə olunması istiqamətində atılan addımlar barədə brifinq keçirəcək.
Həmçinin TÜRKPA-nın müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Sülh İnstitutu ilə eyni zamanda, ATƏT və ATƏT PA kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə atılan addımlar barədə TÜRKPA baş katibi tərəfindən yüksək səviyyəli iştirakçılara məlumat veriləcək. Daha sonra TÜRKPA baş katibi görüş iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandıracaq.
Qeyd edək ki, səfər çərçivəsində TÜRKPA baş katibini beynəlxalq əməkdaşlıq və protokol üzrə katib Anar Rəhimov müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB