“Konfransdan hər kəs bir dərs çıxara biləcək”

“Reuters”in müxbiri: "Neft və qaz sahəsi ilə məşğul olan hər bir jurnalist örnək götürəcək"
“Konfransdan hər kəs bir dərs çıxara biləcək”

"Neft, Qaz və Media" konfransının Bakıda keçirilməsi çox vacib məsələdir. "Reuters"in Böyük Britaniyadakı müxbiri Tom Bergin SİA-ya açıqlamasında paytaxtda keçirilən konfransa münasibətini açıqlayıb. O bidlirib ki, bu tədbir Azərbaycan və xarici jurnalistlər üçün çox əlverişlidir.

"Bu konfransdan hər kəs bir dərs çıxara biləcək. Burada təqdim olunan hesabatlardan neft və qaz sahəsi ilə məşğul olan hər bir jurnalist örnək götürəcək. Jurnalistlərin neft sahəsi ilə bağlı olan hesabatları bu sahəni daha da təkmilləşdirməyə doğru aparacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə