Belarus Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə "Belarus-Azərbaycanlı Gəncləri" (AMB) Hərəkatının üzvləri və sədri Orxan Muxtarlı ilə görüş keçirib. Orxan Muxtarlının SİA-ya verdiyi məlumata görə, görüş zamanı səfirə təşkilatın gələcək fəaliyyət planları haqqında fikirlər söylənilib və Azərbaycan mədəniyyətinin, inkişafının, müasir Azərbaycan və Qarabağ həqiqətlərinin Belarus cəmiyyətinə çatıdırılmasının önəmi barədə söz açılıb. Səfir belə təşkilatın yaradılmasını təqdirəlayiq bir hal sayıb, cənab Prezident İlham Əliyevin gənclər siyasətinə xüsusi diqqət, qayğı və önəm verdiyini qeyd edib və qarşıda olan tədbirlərə dəstək verəcəyini bildirib.
"Belarus-Azərbaycanlı Gəncləri" Hərəkatının sədri Orxan Muxtarlı müəllifi olduğu kitabları səfirə təqdim edərək, belarus və azərbaycanlı mədəniyyət xadimlərinin birgə fəaliyyəti barədə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, "Belarus-Azərbaycanlı Gəncləri" (AMB) Hərəkatı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "EEASA–Şərqi Avropada təhsil alan tələbə və məzunlar" İB-nin lahiyəsi olaraq təsis edilib. Təşkilat eyni zamanda ASAIF – Xaricdə Təhsil Alan Tələbə və Məzunların Beynəlxalq Forumu İB ilə də əməkdaşlığa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB