18-19 sentyabr tarixlərində Belçikanın Brüssel şəhərində Avropa Birliyinin Avropa Şurası ilə gənclər sahəsində əməkdaşlığı çərçivəsində Gənclər Siyasəti üzrə Avropa Bilik Mərkəzinin üzvlərinin 8-ci iclası keçirilir. Fonddan SİA-ya verilən məlumata görə, iclasda fondun icraçı direktoru Fərhad Hacıyev və fondun nümayəndəsi Lalə Rzayeva iştirak edirlər. Bundan əlavə, Avropa Komissiyasının "Gənclər fəaliyyətdə"proqramının nümayəndələri ilə görüşüb, birgə əməkdaşlığa dair müzakirələr aparacaqlar.
Qeyd edək ki, görüşlər zamanı Gənclər Fondunun təqdimatı keçiriləcək, fond haqqında proqram iştirakçılarına ətraflı məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB