"Azərbaycan mətbuatı V hakimiyyətdir". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bu gün Bakıda keçirilən "Neft, qaz və media" konfransında çıxışı zamanı bildirib.
Nazir bu sahə üzrə yazan jurnalistləri, media nümayəndələrini ədalətli və qərəzsiz olmağa çağırıb: "1990-cı illə müqayisədə bu gün neft-qaz sahəsində görülən işlər böyük uğurlara imza atıb. Yeni neft yataqları kəşf olunub və bu sahə üzrə yeni layihələr icra olunub. Azərbaycan mətbuatı belə məsələlərdə ayıq-sayıq olmalı və bu sahədə görülən işlərə operativ reaksiya verməlidir. Çünki Azərbaycan mətbuatı V hakimiyyətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB