“Neft, qaz və media” konfransı başladı

“Neft, qaz və media” konfransı başladı

Bu gün Bakıda Beynəlxaq Mətbuat İnsititutu tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə "Neft, qaz və media" konfransının ikinci günü başlayır. SİA-nın verdiyi xəbərə görə, konfransda Azərbaycan jurnalistləri də daxil olmaqla dünyaının müxtəlif ölkələrindən 200-dən çox media nümayəndəsi iştirak edir. Konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirmək, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsindən, enerji istehsalçısı olan dövlətlərin birgə səyi ilə mütərrəqi medianın inkişafını asanlaşdırmaqdan ibaərtdir.

Bu mötəbər tədbirə dünyanın çox nüfuzlu media qurumlarının nümayəndələri müxtəlif ölkələrin neft və qaz üzrə mütəxəssisləri və alimləri gəlib. Dünyanın ən nüfuzlu elm ocaqlarının –Kolumbiya, Cors Vaşinqton və Texas Universitetlərinin neft-qaz üzrə məşhur professorları öz məruzələri ilə konfransa qatılıblar. "Reuters", "Forbes" "The Dallas Morning News" kimi dünyanın aparıcı media qurumlarının nümayəndələri konfransın işində yaxından iştirak ediblər.

Tədbirdə çıxış edənlər sırasında BMİ-nin icraçı direktoru Alison Bethel McCenzie, BMİ milli komitəsinin sədri Umut Rəhimoğlu da olub. Fasilədən sonra isə "Neft və Mətbuat azadlığı-Çirkli sularda buruq?", "Risq və Mükafatlandırma", "Məsələnin izlənilməsi:Hökumət sizə nə deməlidir?", "Tədqiqat, çıxarma və təhlükəsizlik" mövzularında müzakirələr aparılacaq.

Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tədbir iştirakçılarını salamladıqdan sonra dünyanın 27 ölkəsindən 90-dan artıq neft-qaz sahəsində yazan jurnalistləri görməkdən məmnun olduğun bildirib. Əli Həsənov çıxışında bu konfransa böyük önəm verdiyini və artıq biri ildir bu görüşə hazırlaşdıqlarını vurğulayıb. PA rəsmisi ölkə başçısı İlham Əliyev ölkədə olmadığından, onun tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə