“World Peace Initiative”

Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi Cənubi Koreyada keçirilən beynəlxalq festivalda iştirak edib

Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərinin Olimpik stadionunda "World Peace Initiative" adlı festivalı keçirilib. SİA-nın xəbərinə görə, festivalda ölkəmizi Dünya Azərbaycanlı Gənclər Birliyinin Koreya nümayəndəsi, KAIST Universitetinin tələbəsi Cavid Əliyev təmsil edib.

ABŞ, Avropa, Afrika, Asiya ölkələrinin bir çox aparıcı telekanalları bu festivalı işıqlandırıblar. Festivalın açılış mərasimi 150-dən çox ölkənin iştirak etdiyi təntənəli keçidlə başlayıb.

Belə ki, festivala qatılan və müxtəlif millətləri, mədəniyyətləri və dinləri təmsil edən 100.000 iştirakçı "Dünyaya Sülh" ismarıcı veriblər. Onu da əlavə edək ki, festivalda yeni "Ginnes" rekordu qeydə alınıb. Eyni anda 100.000 çıraq işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə