18 sentyabr 2012-ci il tarixindən etibarən Bakı şəhərində Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyinin əməkdaşları və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri üçün təlim kursuna start veriləcək.
Təlim kursunun Proqramına əsasən iştirakçılara Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində gürülən işlər haqqında ətraflı məlumatların verilməsi, Gənclər Fondunda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlərin keçirilməsi və Bakı şəhərində gəzintilərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, təlim kursu "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2012-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə tarixlərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB