Sumqayıtda güclü partlayış baş verdi YENİLƏNİB

Hadisə “Azəralüminium” ASC-nin ərazisində yanğınla müşaiyət olunub
Sumqayıtda güclü partlayış baş verdi YENİLƏNİB

Sumqayıtda "Azəralüminium" ASC-nin yerləşdiyi ərazidə güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən məlumata görə, yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub.

Nəticədə bir neçə nəfər xəsarət alıb, ölənlərin olduğu brədə məlumatlar dolaşır. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğının qarşısının alınması istiqamətində tədbirlər görür. Ölənlərin sayının artacağı istisna edilmir. Əraziyə bir neçə yanğınsöndürən maşın çəlb olunub. Ərazidə baş verən yanğının tüstüsü şəhərin əksər hissəsində görünür. Yanğının miqyası getdikcə artmaqdadır.

Hələ ki, yanğının yeri və başvermə səbəbləri ilə bağlı rəsmi məlumat daxil olmayıb.

" />

Bütün xəbərlər Facebook səhifəmizdə