ABŞ və İsrail münasibətləri gərginləşib

ABŞ və İsrail münasibətləri gərginləşib

"Yer üzündə İsraildən geriyə heç nə qalmaz", - deyə rəsmi Tehran bildirib. Amerika mətbuatının xəbərinə görə, Tehranın 6-7 ay ərzində nüvə bombası istehsal edəcəyi haqda məlumat İsrailin baş naziri Benyamin Netanyahunun ürəyincə olmayıb.

İranın müdafiə nazirliyinin yüksək rütbəli hərbçisi Məhəmməd Əl Cəfəri isə: "Hücuma sərt cavab veriləcək və İsraildən geriyə bir şey qalmayacaq. İsrailin kiçik bir torpağa sahib olduğunu və İranın çox sayda mərmisinə qarşı dura bilməyəcəyini, bir sözlə İsrailin qoruna bilməyəcəyini düşünürəm"-deyə qeyd edib".

İsrail nüvə bombası istehsal etdiyinə görə, İrana hücum etməyi planlaşdığını söylədiyi zaman ABŞ sanksiyalar vasitəsilə diplomatiyanı davam etdirmək istədiyini deyib. Fikir ayrılığı ABŞ və İsrail münasibətlərin gərginləşdirib. Daha sonra isə prezident Obama Netanyahu ilə görüş planlaşdırmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə