Kata Middletonun çılpaq şəkillərinin yer aldığı 26 səhifəlik "Chi" jurnalı İngiltərə sarayı ilə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni arasında ciddi böhranın yaranmasına səsəbkar olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Berluskoninin rəhbərlik etdiyi və Kata Middletonun çılpaq şəkillərinin yerləşdiyi "Chi" maqazin jurnalının xüsusi nömrəsinin bu gün satışa çıxacağı açıqlanıb. Bunun qarşısını almaq üçün İngiltərənin Kral ailəsinin və İtalyanın "Mondadori" nəşriyyatının sahibinin Berluskoniyə etdiyi müraciət hələlik cavabsız qalıb.
Fransanın "Closer" jurnalından sonra şahzadə Uilyamın həyat yoldaşının çılpaq fotoşəkillərini nəşr edən "Chi" jurnalının bu sayının 1 milyona çatacağı iddia edilir. Məlumata görə, gəmi ilə səyahətə çıxan Berluskoni şəhzadəyə "sorry" (təəssüf edirəm) deyə cavab verib. İtalya mediası isə: "Bu, Berluskonuni illərcə narahat edən İngilis mediasından intiqam almaqdır", - deyə bildirib.
Kata Middletonun çılpaq şəkillərinin çəkilməsinə çox hirslənən şahzadə Uilyamın "İntiqam almağa and içdim, onların həbsə atılmasını istiyirəm. Günahkarları məhkəməyə verəcəm və onların günahkar olduğunu sübutlarlada sübut edəcəyəm", - dediyi açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB