Dağlıq Qarabağ münaqişəsi Avropa KİV-lərinin marağında deyil

Dağlıq Qarabağ münaqişəsi Avropa KİV-lərinin marağında deyil

Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması və dünyada tanınması üçün ilk növbədə bu məsələ Avropa kütləvi informasiya vasitələrinin marağında olmalıdır. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova deyib. O bildirib ki, bu gün Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kütləvi informasiya mərkəzlərinin elə də marağında deyil.

"Təbii ki, bunun bir neçə siyasi səbəbləri var. Dünya ölkələri Azərbaycan barədə Avroviziya müsabiqəsindən sonra daha çox məlumatlıdırlar. Onlar Azərbaycanın identifikasiya məsələsi, milli məsələlər, Azərbaycan niyə Avropaya inteqrasiya etməlidir və bu kimi digər mövzular barədə az məlumatlıdırlar. Bu da hər bir ölkədə olan kütləvi informasiya vasitələrinin məlumatları çatdıra bilməməsindən irəli gəlir. Əgər biz gələcək gənclərindir deyiriksə, o zaman gənclərlə iş daha yüksək səviyyədə qurulmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə