Mətbuatın fəaliyyətinə müdaxilə, yayımını yasaqlamaq, jurnalistlərə qarşı qanundankənar hərəkətlər artıq tarixin arxivinə yuvarlanıb. Buna baxmayaraq bəzi qəzetlərdə guya onların peşə fəaliyyətinə, qəzetləri satışına əngəllər törədilir və s. Konkret olaraq "Yeni Müsavat" qəzetinin bugünkü sayında Biləsuvar rayon rəhbərliyin qəzəbinə tuş gəldiyi üçün "Yeni Müsavat"ın köşklərdən yığışdırılması haqda göstəriş verməsi barədə məqalə dərc olunub. Guya köşk sahibləri də bunu təsdiq ediblər.
Məsələ ilə bağlı SİA-nın Aran bürosunun müxbiri Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, "fakt"a münasibət öyrənməyə çalışıb. İcra Hakimiyyətindən bildiriblər ki, qəzetdə yazılanlar, göstərilən "faktlar" tamamilə yalan və böhtandır. Rayonda heç bir qəzetin yayımına qadağa, yaxud əngəl yoxdur, bundan sonra da olmayacaq. Biləsuvar rayonuna "Azərmətbuatyayım"ın xətti ilə 30 ədəd "Yeni Müsavat" qəzeti gəlir və köşklərdə satılır. İcra Hakimiyyəti qəzetlərin necə və kimə satıldığına nəzarət mexanizmi həyata keçirən orqan deyil. Kim istəyir, gəlib köşkdən istədiyi miqdarda qəzet alıb gedir. Kimlərəsə qəzet çatmayıbsa, onun İcra Hakimiyyətinə nə dəxli var. Ona görə də əminliklə demək olar ki, qəzetin yazdıqları həqiqətdən çox uzaqdır, uydurmadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB