Rusiya-Azərbaycan sərhədində avtomobillərin hərəkətində qısa fasilədən sonra yenidən növbələr müşahidə olunur. Azərbaycandan Rusiya istiqamətinə nəqliyyat vasitələrinin hərəkətində problemlər adətən Qusarın Rusiya- Azərbaycan sərhədində yerləşən Samur Gömrük Keçid Məntəqəsinin ərazisində müşahidə olunur. Azərbaycandan qonşu ölkəyə həm yüngül minik avtomobili ilə, həm də sərnişin avtobusu ilə gedən şərnişinlər 4-cü gündür ki, burada gözlədiklərini deyirlər.
Məsələ ilə bağlı müraciət etdiyimiz Samur Gömrük Keçid Məntəqəsinin rəis müavini Cavid Nadirov SİA-nın Şimal bürosuna şifahi olaraq məlumat verdi ki, problem qonşu Dağıstan Respublikasının Məhərrəmkənd gömrük keçid məntəqəsindən qaynaqlanır. Həmin keçid məntəqəsindən əraziyə nəqliyyat vasitələri bir-bir buraxılır. İndi Rusiya ilə Azərbaycan sərhədinin neytral zonasında da 8 sərnişin avtobusunun növbə gözlədiyini deyən gömrük rəsmisi problemin qısa vaxt ərzində həlli üçün qonşu ölkədəki həmkarları ilə intensiv danışıqları davam etdirdiyini deyib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB