Bayraq Meydanı açıldı

Bu gün Sumqayıtda şəhər İcra Hakimiyyətinin qarşısında Bayraq Meydanının açılışı olub. SİA-nın verdiyi xəbərə görə, adıçəkilən icra hakimiyyətinin qarşısında inşa olunan bayrağın hündürlüyü 75 metrdir. Məlumat üçün bildirək ki, açılış mərasimində icra hakimiyyətinin başçısı Eldar Əzizov, həmçinin idarə və müəssisələrin nümayəndələri iştirak edib.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə