Türkiyənin Azərbaycana təyin edilmiş yeni səfiri İsmayıl Alper Coşqun artıq Bakıdadır və yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq. Bu barədə diplomatik mənbədən daxil olan məlumatda bildirilib. Mənbənin bildirdiyinə görə, bu günlərdə səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edəcək.
Qeyd edək ki, fevralın 23-də Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub. Bundan öncə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində Hulusi Kılıç çalışırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB