Sentyabrın 17-19-da Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) "Neft, qaz və media" konfransı keçiriləcək. Konfrans Beynəlxalq Mətbuat İnstitutu ilə birgə ARDNŞ və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.
Konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsindən, enerji istehsalçı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarətdir. Tədbirdə dünyanın çox nüfuzlu media qurumlarının nümayəndələri, müxtəlif ölkələrin neft-qaz üzrə mütəxəssisləri, alimləri iştirak edəcəklər.
Artıq dünyanın 27 ölkəsinin neft mütəxəsisləri, alimləri və media nümayəndələri konfransda iştirakını təsdiq edib. "Reuters", "Financial Times", "Əl-Cəzirə", "Forbes", "The Dallas Morning News" kimi dünyanın aparıcı media qurumlarının nüfuzlu nümayəndələri də konfransın işində yaxından iştirak edəcəklərini təsdiqləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB