Azərbaycana məxsus beynəlxalq sosial şəbəkə yaradılıb. http://www.butalife.com/ ünvanında yerləşən şəbəkə artıq internet istifadəçilərinin ixtiyarına verilib. Təqdim olunan sosial şəbəkə layihəsi bir çox funksiyaları özündə cəmləyir.
Belə ki, şəbəkəyə üzv olan şəxslər yaşına, ölkəsinə, adına, təhsil aldığı məktəbə və uyğun açar sözlərə görə digər üzvləri axtarıb və dostluq təklifi göndərə biləcək. İstifadəçilər özləri status, şəkil, video, musiqi paylaşmaqla yanaşı, təqdim olunan digər paylaşımları da kateqoriyalar üzrə asanlıqla izləyə biləcəklər.
Fərdi səhifə, sorğu və test banklarının yaradılması ilə yanaşı, sosial şəbəkədə istifadəçilərin yazılarını paylaşması üçün bloq və ya müxtəlif mövzular ətrafında müzakirələr aparması üçün forum fəaliyyət göstərir.
İstifadəçilər saytı tərk etmədən televiziyaları, tanınmış xəbər agentliklərinin ən son xəbərlərini online izləyə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB