Türkiyənin məşhur yazıçısı İskəndər Pala Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib, İçəri Şəhərlə tanış olub
Ötən gün qardaş ölkənin tanınmış yazıçısı İskəndər Pala Bakıya gəlib. Yazıçı ilk öncə "Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin (ABAİ İB) rəhbər heyəti ilə görüşüb. Qurumdan SİA-ya verilən məlumata görə, hörmətli qonağı və onun xanımını salamlayan millət vəkili, ABAİ İB sədri Qənirə Paşayeva onların respublikamıza səfərindən məmnunluq duyduğunu bildirib. Qənirə Paşayeva İskəndər Pala kimi tanınmış roman ustasının, alimin səfərinin və onun iştirakı ilə keçiriləcək tədbirlərin mədəni həyatımızda yaddaqalan hadisə olacağına inam ifadə edib. İskəndər Pala Bakıya səfərə gəlməkdən, qardaş ölkə Azərbaycanda çoxsaylı oxucuları olması və burada sevilən imzalardan biri olduğunu eşitməsindən dərin məmnunluq duyduğunu bildirib. O, kitablarının Azərbaycanda yayınlanmasından məmnun olduğunu, ədəbi əlaqələrin, kitab nəşrinin və mübadiləsinin mədəniyyətin inkişafına xidmət etdiyini vurğulayıb.
Sonra hörmətli qonaq və onun xanımı Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və onun xanımı Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidliyini ziyarət edib. Daha sonra yazıçı İçərişəhərlə, o cümlədən Şirvanşahlar Saray kompleksi ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB