Gəncə şəhərində "Qafqazı Kəşf Et -Azərbaycanda Gənclər işi" adlı beynəlxalq təlim kursu keçiriləcək
03 - 10 noyabr 2012- ci il tarixlərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə və Mingəçevir şəhərlərində Gələcəyə Körpü Gənclər İctimai Birliyinin layihəsi olan "Qafqazı Kəşf Et" adlı beynəlxalq təlim kursu həyata keçiriləcək. SİA-nın məlumatına görə, "Qafqazı Kəşf Et - Azərbaycanda Gənclər işi " təlim kursu Almaniya, Fransa, Gürcüstan, Ukrayna, Azərbaycan, Rumıniya, Moldova, İtaliya, Türkiyə, Ukrayna, Rusiya, Avstriya, Portuqaliya və Latviyadan olmaqla 28 gənc üçün təşkil olunacaq. Bu təlim Azərbaycanda yerli gənclər sektorunun kəşf olunmasına və bununlada yerli QHT-lərlə əməkdaşlıq və təşəbbüslərin qurulması vasitəsi ilə inkişafına həsr olunacaq.
Layihənin məqsədi Avropa gənclərinin iştirakı ilə Azərbaycan gənclər sektorunun araşdırılması, yerindəcə ehtiyacların təhlilinin aparılması və Azərbaycan gənclər siyasətində tərəflər üçün konkret potensialın gücləndirilməsi üçün təməl atmaqdır. Bundan əlavə təlimin bir məqsədi də müəyyən ehtiyacların həlli və Azərbaycan gənclərinin qərar qəbul etmə səlahiyyətlərinin inkişafı üçün yerli və Avropa QHT-ləri ilə əməkdaşlıq üçün bağlantı yaratmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB