SAM Vyanada 6-ci illik "Avropa qaz təchizatı və infrastruktur" adlı beynəlxalq konfransda iştirak edib
Ötən həftə Vyanada Platts və Avstriyanın Enerji Nazirliyi tərəfində təşkil olunmuş 6-ci illik "Avropa qaz təchizatı və infrastruktur" adlı beynəlxalq konfrans keçirilib. SAM-dan SİA-ya verilən məlumata görə, konfransda enerji sahəsində tanınmış ekspertlər, qaz şirkətlərinin rəhbərləri, Avropa enerji infrastrukturunun nümayəndələri, boru kəmər operatorları və s. iştirak ediblər. Tədbirdə əsasən Avropa bazarının qazla təchizat, təchizat və tələb təhlükəsizliyi məsələləri, həmçinin Cənub Qaz Dəhlizinə daxil olan layihələrin son inkişaf durumu müzakirə olunub.
Azərbaycanı tədbirdə Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva təmsil edib. Ekspert öz çıxışında Cənub Dəhlizin inkişafı haqda danışaraq son hadisələri təhlil edib. O, bildirib ki, Türkiyənin Türkmənistan qazının İran vasitəsilə öz daxili bazarına və həmçinin Avropa bazarlarına nəql etmək niyyəti Azərbaycanın bu layihədə maraqlarına təsir göstərəcək. Rzayeva qeyd edib, ki məhz bu səbəbdən "Transxəzər" boru xətti məsələsi tezliklə həll olunmalıdır.
Cənub Dəhlizin Avropaya nəql edəcək marşrutun seçilməsi qərarı tezliklə baş verməzsə İraq, Qatar, Şimali Afrika və yaxud Şərqi Aralıq Dəniz qazı rəqabət təşkil edən və Şah Dəniz qazı hədəfə aldığı Avropa bazarlarını tuta bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB