Səfirlərlə görüşdə nələr baş verəcək?

Səfirlərlə görüşdə nələr baş verəcək?

Beynəlxalq əlaqələrin inkişafına daima xüsusi diqqət ayıran Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri bu dəfə İtaliya Respublikasının və Pakistan İslam Respublikasının ölkəmizdəki səfirliklərində rəsmi görüşlər keçirəcək. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, bu gün İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Mario Baldi ilə keçiriləcək görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcək inkişafı, ölkəmizdəki QHT-lərlə, əsasən da tələbə təşkilatları ilə İtaliya QHT-ləri arasında əməkdaşlığın qurulması və inkişafı məsələləri müzakirə olunacaq.

Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İnayatullah Kakarla 18 sentyabrda reallaşacaq görüşdə isə həmçinin iki ölkə arasında mövcud olan əlaqələrin və strateji əməkdaşlığın inkişafı istiqamətində tələbə-gənclərin rolu müzakirə ediləcək.

Eyni zamanda səfirlərə ATGTİ tərəfindən əlaqələrin gücləndirilməsi məqsədi ilə müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi və tələbə mübadilə proqramlarının təşkili təklif olunacaq.

Qeyd edək ki, sərirlərə ittifaqın fəaliyyəti və həyata keçirdiyi irimiqyaslı layihələrlə bağlı ətraflı məlumat veriləcək, ATGTİ-nin nəşrləri təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə