Metropolitendə dəyişiklik!

Bu gündən Bakı Metropoliteni qatarlar arasındakı məsafədə bəzi dəyişikliklər edilib. Bakı Metropolitenin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeni cədvələ əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında məsafə sıxlıq olan saatlarda 2 dəqiqəyə qədər azaldılıb. Buna uyğun olaraq, "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 4 dəqiqə təşkil edir.

Xatırladaq ki, yay mövsümündə qatarların hərəkət intervalı 2,5 dəqiqə idi. Günün digər vaxtlarında qatarlar "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edəcəklər. Həmin vaxtlarda "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında məsafə 5-6 dəqiqəyə bərabər olacaq. "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız "Bakmil-N.Nərimanov" yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun tətbiq edilir. Yeni qrafik gələn ilin iyul ayınadək etibarlı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə