İki zəlzələ bir arada

İranın cənubunda yerləşən Buşəhr əyalətinin Cəm şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə iki zəlzələ baş verib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla səhər saat 06:30-da, ikincinin isə 06:43-də baş verdiyini bildirib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə